Ermənistan və İran Araz çayı üzərində yeni körpünün tikintisi üzərində işləyir.
Məlumata görə, mövcud körpünün tutumu iki ölkə arasında yük daşımalarına uyğun gəlmir.
“Mütəxəssislər körpünün növbəti mərhələdə layihələndirilməsi üçün texniki-iqtisadi araşdırmalar aparır. Layihələndirmə zamanı hazırda işləyən körpünün parametrləri, xüsusilə onun tutumu nəzərə alınacaq”, – deyilib.
Məlumata görə, tikintinin aktiv mərhələsi 2024-cü ilin fevralında başlayacağı bildirilib.
Mənbə: Azad İran
Aynur Camal