Ard-arda yeni zəlzələlər baş verdibackend

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yerli vaxtla saat 05.11-də 6,3 bal gücündə zəlzələ baş verib, episentri Əfqanıstanın Herat şəhərindən 28 kilometr şimal və şimal-qərbdə olub.Bu zəlzələdən 11 dəqiqə sonra eyni bölgədə 5 bal gücündə ikinci zəlzələ baş verib.

“Yeni Gundem” xəbər verir ki, hər iki zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələlərdən sonra Herat sakinləri təşviş içində küçələrə axışıb və şəhərdə qısamüddətli elektrik enerjisi kəsilib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, oktyabrın 7-də yerli vaxtla saat 11:00-da Əfqanıstanın qərbində, İranla sərhəddə yerləşən Herat vilayətində ardıcıl güclü zəlzələlər baş verib.

Taliban müvəqqəti hökuməti indiyədək zəlzələdə təxminən 2500 nəfərin öldüyünü və minlərlə insanın yaralandığını açıqlamışdı. Bu zəlzələlərdən sonra bölgədə afterşoklar hələ də davam edir. Zəlzələlər səbəbindən yerli əhali evlərinə girə bilmir.

Xəbər mənbəyi: Anadolu Agentliyi

Aynur Camal