Ardıcıl gecə növbəsi, 89 canlı yayım!backend

Məcburi təcrübə keçmək üçün Çin media şirkətində işə başlayan universitet tələbəsi ard-arda 5 gecə növbəsi işlədikdən sonra dünyasını dəyişib.

Qeydlər göstərir ki, tələbə oktyabrın 15-dən noyabrın 10-na kimi 89 canlı yayım edib və son gecə saat 9-dan səhər 6-ya kimi işləyirmiş.

Bədbəxt gəncin ölümü Çindəki iş şəraiti ilə bağlı müzakirələri yenidən qızışdırıb.

Çinin Henan əyalətindəki Ping Ding Shan Texniki Kollecində təhsilini davam etdirən Li Hao, iyun ayında ‘Yihui Culture Media’ adlı Çin media şirkətində məzuniyyəti üçün tələb olunan təcrübə keçib. Altı aylıq məcburi stajını başa vurmaq üçün aylarla iş axtaran gənc şirkətlə bağladığı müqavilə çərçivəsində 26 gün ərzində 240 saat canlı yayım etməli olub.

Li video oyunları ilə bağlı canlı yayımlarına görə 3000 yuan (420 ABŞ dolları) maaş alacaqdı.

Günün 38,4 faizini məktəb və şəxsi həyatından kənarda canlı yayımla keçirən Li oktyabrın 15-dən noyabrın 10-dək 89 canlı yayım seansı keçirib. Noyabrın 10-da səhər saatlarında ev yoldaşları gənc oğlanı çarpayıda reaksiya vermədiyini və sürətlə nəfəs aldığını görüblər. Təcili yardım çağırılaraq hadisə yerinə təcili müdaxilə edilsə də, bədbəxt gənci xilas etmək mümkün olmayıb.

Linin dünyasını dəyişdiyi gün axşam saat 9-dan səhər 6-ya kimi canlı yayımda olduğu öyrənilib. Bu, onun ardıcıl beşinci gecə növbəsi idi.

Atası oğlunun gecə növbəsinə getməsi üçün təzyiq edildiyini iddia etsə də, şirkət iddiaları rədd edərək ailəyə 5000 yuan (700 ABŞ dolları) təzminat təklif edib.

Çin mediasına verdiyi açıqlamada şirkət canlı yayımların çətin olduğunu və onlar üçün çalışan bir çox insanın iş-həyat balansında problemlər olduğunu etiraf edib.

Bədbəxt gəncin ölümü illərdir gərgin iş şəraitinin müzakirə mövzusu olduğu Çində qəzəb doğurub.

Sosial şəbəkələrdə edilən şərhlərdə istifadəçilər iş şəraitinə üsyan ediblər. İstifadəçilərdən biri “Belə şirkətlər tez bir zamanda müflisləşməlidir” deyərək insanlara “qul” kimi münasibət göstərildiyini bildirib.

Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində ‘996’ iş modeli uzun illərdir müzakirə mövzusudur…

‘996’ xüsusilə texnologiya sektorunda altı gün səhər doqquzdan axşam doqquza qədər işlədiyiniz ‘modeli’ simvollaşdırır.

Çində hər il minlərlə insanın həddən artıq işdən öldüyü iddia edilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal