Argentina Xarici İşlər Nazirliyi Rusiya və bir sıra digər ölkələrdə səfirlərini dəyişməyi planlaşdırır.Argentinanın yeni prezidentinin müşaviri Xavyer Mayli və ölkənin gələcək xarici işlər naziri Diana Mondino Rusiyada və bir sıra digər ölkələrdə səfirləri dəyişməyi planlaşdırır.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, bu barədə La Nacion məlumat yayıb.
Jurnalistlər Mondinonun ölkənin Xarici İşlər Nazirliyinin kadrlar şöbəsinə bir sıra ölkələrdə və beynəlxalq təşkilatlarda səfirlərin dəyişdirilməsi ilə bağlı rəsmi əmrini dərc ediblər. Sənəd diplomatların yeni tapşırıqlar almaq üçün Argentinaya qayıtmasını nəzərdə tutur.
“Rusiyadakı fövqəladə və səlahiyyətli səfir Eduardo Antonio Svainin Xarici İşlər Nazirliyinə köçürülməsi (…) üçün layihə hazırlamağınızı xahiş edirəm”, – deyə Mondino əmr edib.
Həmçinin Argentinanın Vatikan, Böyük Britaniya, Hindistan, Fransa və Efiopiyadakı, habelə BMT-nin Nyu-Yorkdakı agentlikləri və Cenevrədəki beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin rəhbərlərinin dəyişdirilməsi planlaşdırılır.
Xavyer Miley dekabrın 10-da Argentina prezidenti vəzifəsinin icrasına başlayıb. Yeni dövlət başçısı Braziliya və Çin hakimiyyətini tənqid etdiyinə görə BRİKS və Rusiya ilə münasibətlərə yenidən baxmağı düşünür.
Mənbə: Lenta.Ru
Aynur Camal