Arktikada buz itkisi proqnozlaşdırılırbackend

Kolorado Boulder Universitetinin alimləri proqnozlaşdırırlar ki, Arktika yaxın bir neçə il ərzində yay aylarında, əvvəlki proqnozlardan 10 il əvvəl dəniz buzlarından təmizlənə bilər. Araşdırmanın nəticələri Nature Reviews Earth & Environment jurnalında dərc olunub.

Buzla örtülmüş okean sahəsi bir milyon kvadrat kilometrdən az olduqda Arktika buzsuz sayılır. Bu hədd 1980-ci illərdəki mövsümi minimum buz örtüyünün 20 faizindən azdır. Son illərdə Şimal Buzlu Okeanında minimum dəniz buzunun həcmi sentyabr ayında təxminən 3,3 milyon kvadrat kilometr təşkil etmişdir.

Tədqiqatçılar buz itkisinin əsas səbəbi olan istixana qazları emissiyalarının bütün ssenariləri üzrə 2020-2030-cu illər ərzində Şimal Buzlu Buzlu Okeanın avqustun sonu və ya sentyabrın əvvəlində ilk dəfə buzsuz ola biləcəyini proqnozlaşdırırlar. Qar və buz örtüyünün azalması okean tərəfindən udulan günəş işığından alınan istilik miqdarını artırır, Arktikada buz itkisini və istiləşməni artırır.

Dəniz buzunun azalması sağ qalmaq üçün dəniz buzundan asılı olan Arktika heyvanlarına, o cümlədən suitilər və qütb ayılarına əhəmiyyətli təsir göstərir. Bundan əlavə, okean isindikcə yerli olmayan balıqlar Atlantik və Sakit Okeanlardan Şimal Buzlu Okeanına keçə bilər. Bu invaziv növlərin yerli ekosistemlərə təsiri qeyri-müəyyən olaraq qalır.

Mənbə: Lenta.Ru

Aynur Camal