Artıq xərçəngə qarşı peyvənd istehsal edildibackend

Rusiya prezidenti Vladimir Putin, ölkəsində xərçəng müalicəsi araşdırmalarının davam etdiyini ifadə edərək, “Xərçəng peyvəndi olaraq bilinən immunitet sistemini tənzimləyən yeni nəsil dərmanlar istehsal etməyə yaxınıq” deyib.

Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən “Gələcəyin Texnologiyaları Forumu” tədbirində çıxış edib.

Rusiyada son 5 ildə 500-dən çox xərçəng müalicəsi mərkəzinin açıldığına diqqət çəkən Putin, “Ölkədə diaqnostika, müalicə və reabilitasiya ilə bağlı yüksək standartlar qurulub” deyib.

 “Xərçəngə qarşı peyvənd istehsal etməyə yaxınıq”

Vladimir Putin xərçəngin müalicəsi üçün peyvənd tədqiqatlarının da aparıldığını vurğulayıb və deyib:

Biz xərçəng peyvəndləri və xərçəng peyvəndi kimi tanınan immunitet sistemini tənzimləyən yeni nəsil dərmanlar istehsal etməyə yaxınıq. Ümid edirəm ki, çox tezliklə fərdi müalicə üsulları kimi səmərəli istifadə olunacaq.

Rusiyada Covid-19 epidemiyası zamanı “Sputnik V” və “Sputnik Light” kimi peyvəndlər hazırlanaraq bəzi ölkələrə göndərilib və ölkədə istifadə olunmağa başlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal