Arvadının şəkillərini paylaşdı: “Gəlinəm, 50 AZN-ə…”backend

Azərbaycanda biabırçı hadisə baş verib.

Yalçın Paşayev adlı şəxs keçmiş həyat yoldaşının şəkillərini sosial şəbəkədə əxlaqsız qadın kimi təqdim edib. Xəzər TV-yə müraciət edən qadın bildirib ki, əmisi oğlu Yalçınla 2009-cu ildə ailə qursa da evlilikləri cəmi 8 ay çəkib. Əkiz oğul övladları var. Boşandıqdan sonra bir dəfə də olsun aliment ala bilməyib.

“Qardaşım mənə zəng elədi ki, “Odnaklassnik” i aç bax sənin yoldaşın səni rüsvay edib. Girib baxıram ki, uşağımla çəkdirdiyim şəkilləri ayırıb tək şəkillərimi paylaşıb. Mənim adımdan “Salam gəlinəm, boşanmışam. 50 azn-ə görüşürəm. İstəyən yaza bilər” – deyə yazıb.

Nömrələrimin hamısını bloka atıb, əlaqə saxlaya bilmirəm. Heç əmisi qızı deyiləm axı yoldaşı olmuşam. Övladlarım idmana gedə bilmir utandıqlarından. Mən ondan aliment istəyirəm o da məni şantaj edir bu yolla”. – zərərçəkmiş qadın bildirib.