Arzu Bağırova mükafata layiq görüldü – FOTObackend

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu xanım Bağırova mükafata layiq görülüb.

“Yeni Gündəm” xəbər verir ki, sədr Arzu Bağırova Abdulla Şaiqin Mənzil – Muzeyinin təşkil etdiyi virtual konfransda Azərbaycan xalqının böyük maarif və ictimai -siyasi xadimi, şair, yazıçı-dramaturq, pedaqoq Abdulla Şaiqin 140 illik yubileyinə həsr edilmiş “Arazdan Turana” virtual konfransının təşkilində göstərdiyi dəstəyə, Türk ədəbi və mədəni dəyərlərinin təbliği yolunda verdiyi töhfələrə görə təltif edilib.

Qeyd edək ki, təşəkkürnaməni sədrə mərkəzin direktoru Ülkər Talıbzadə təqdim edib.

“Gündəm Media Group”un direktoru Təbriz Məhərrəmoğlu və kollektivimiz adından Arzu xanımı təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik.