Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçirilir.
“Qafqazinfo” xəbər verir ki, layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Marafonda bu dəfə 22320 nəfər qeydiyyatdan keçib. Yürüyüşdə dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak edirlər.
Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub. Marafonun startında ilk dəfə olaraq “məşq zonası” yaradılıb və səhnədən isinmə hərəkətləri nümayiş etdirilib.
Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.