Arzu Əliyevaya Türkiyədə “Şərəf mükafatı” verildi – FOTObackend

“Korkut Ata” Türk Dünyası Film Festivalında ilk mükafat Azərbaycana verilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Tvitter hesabında paylaşım edib.

O bildirib ki, Qarabağ zəfərindən bəhs edən “BİZ” sənədli filminin ərsəyə gəlməsindəki dəstəyə görə mükafat Bakı Media Mərkəzinin Prezidenti Arzu Əliyevaya təqdim edilib.