29 noyabr 2018-ci il tarixində Sumqayıt Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” musiqili komediyası səhnələşdirilib.
“Yenigundem” xəbər verir ki,tədbir Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə təşkil edilib.Sonda səhnə işinin ərsəyə gəlməsində iştirak edən şəxslərə təşəkkürnamələr təqdim olunub.Xatırladaq ki, “ASAN Könüllüləri” tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar reallaşdırılır.