17-19 may 2023-cü il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində BMT-nin İnkişaf Proqramının Astana Dövlət Qulluğu Mərkəzi tərəfindən “Meritokratiya, bütövlük və innovasiya” mövzusunda illik konfrans keçirilib.
“Yeni Gundem” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.
Konfransın əsas məqsədi dövlət xidmətlərinin perspektivlərinin müzakirəsi, meritokratiyanın və innovasiyaların təşviqi istiqamətində uğurlu təcrübələrinin paylaşılması olub.
Dövlət Agentliyinin əməkdaşları ölkəmizin innovasiyaların idarə edilməsi, vətəndaşlarla səmərəli kommunikasiyanın qurulması, dövlət idarəetməsində iştirakçılığının artırılması istiqamətində təcrübələrini bölüşüblər. Eyni zamanda müasir idarəetmədə inkişaf edən bacarıqlar, imkanlar və çağırışlarla bağlı müzakirələr aparılıb.
Konfransda 30 ölkənin 100-dən çox dövlət qurumunun, beynəlxalq təşkilatların isə 300-dən çox rəhbər vəzifəli şəxsi iştirak edib.