Aşıq Namiqə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayıbbackend

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“Yenigundem”-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 7-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər kompüter alqı-satqısı adı altında aşıq Namiq Fərhadoğlu da daxil olmaqla bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər.