Asiya qarışdıbackend

Dünya şöhrətli amerikalı müğənni Teylor Sviftin dünya turnesi çərçivəsində Cənub-Şərqi Asiyada yalnız Sinqapurda konsert verməsi ətraf ölkələrin də reaksiyasına səbəb olub.

Son illər sürətlə artan populyarlığı nəticəsində geniş auditoriyaya xitab edən və ABŞ-da siyasi konspirasiya nəzəriyyələrinin mərkəzinə çevrilən müğənni Taylor Swift indi də Asiya ölkələrini bir-birinə qarşı qoyub. 34 yaşlı müğənni Cənub-Şərqi Asiya konsertlərini yalnız Eras Tour adlı dünya turnesi çərçivəsində Sinqapurla məhdudlaşdırıb. Sinqapur hökumətinin müğənniyə sadəcə öz ölkələrində konsert vermək üçün 18 milyon dollar ödədiyi iddiası ortaya çıxanda Tayvan və Filippindən sərt reaksiya gəlib. Sinqapurun mədəniyyət naziri Edvin Tonq bildirib ki, müğənniyə “iddia edildiyi qədər yüksək qonorar” ödənilməyib. Filippin parlamentariləri xarici işlər nazirliyindən müqavilənin detallarını açıqlaması üçün Sinqapura təzyiq göstərməsini istəsələr də, Tailandın baş naziri Srettha Thavisin Sinqapurun bu addımını “ağıllı” adlandırıb.

Taylor Swift-in konsertlərinə göstərilən böyük maraq hadisələrin baş verdiyi bölgənin iqtisadiyyatına ciddi töhfələr verir. Xüsusilə otellərdə doluluq nisbətləri artdıqca VIP paketlərdə qiyməti 40 min dollara qədər olan biletlər bir çox ölkədən dinləyicilər tərəfindən tələb olunur. Martın 2-də Sinqapurda konsertlərinə başlayan Svift martın 9-dək bu ölkədə ümumilikdə 6 konsert verəcək.

Taylor Swift rekord qıran albom satışına, dünya miqyasında populyarlığına və yaratdığı iqtisadiyyata görə Time jurnalı tərəfindən “İlin adamı” seçildi.

Mənbə: hurriyyət.tr

Aynur Camal