Asiyanın fırıldaq fabrikibackend

Alman media orqanı DW-nin Asiyada “fırıldaqçı təşkilatlar”dan biri ilə bağlı araşdırması nəticəsində belə təşkilatların insan alveri ilə məşğul olduğu üzə çıxıb.

İş vədi ilə aldadılan və qaçırılan minlərlə insan Myanmada “KK Park” adlı nəhəng kompleksdə fırıldaqçılıq şəbəkəsində işləməyə məcbur olur. Bir texnologiya şirkətindən iş təklifi aldığını düşünərək Taylanda gələn Qərbi Afrikalı Aaron DW-yə hava limanında silahlı şəxslər tərəfindən qaçırıldığını və zorla KK Parka aparıldığını söyləyib. Həbsxana şəhərciyinə bənzəyən KK Parkın işçilərindən biri olan Lukas gündə 17 saat işlədiklərini, nə evdən çıxmaq, nə də yemək fasiləsi hüququnun olmadığını, çıxmaq istədikləri zaman ölümlə hədələndiklərini bildirib.

Mənbə: hurriyyət.tr

Aynur Camal