ABŞ-ın Cənub-Qərb Tədqiqat İnstitutunun tədqiqatçıları ilk dəfə asteroiddə su molekullarını aşkar ediblər.
NASA və Almaniya Kosmik Agentliyinin birgə həyata keçirdiyi və artıq xidmətdə olmayan İnfraqırmızı Astronomiya üçün Stratosfer Rəsədxanasının (Sofiya) məlumatlarından istifadə edilən araşdırmada, İris və Massalia asteroidlərindəki molekulyar suyun “dəqiq” xüsusiyyətləri aşkar edilmişdir.
Əvvəlki müşahidələr həm Ayda, həm də asteroidlərdə bir növ hidrogen aşkar etsə də, bu tədqiqatlar su və onun yaxın kimyəvi qohumu olan hidroksil arasında fərq qoya bilmədi. Bu kəşfin Günəş Sistemində suyun paylanması prosesinin və Yerin əmələ gəlməsinin daha yaxşı başa düşülməsinə töhfə verəcəyi bildirilir.
Mənbə: hurriyyət.tr
Aynur Camal