“Atatürkdən sonra Türkiyəni inkişaf etdirən prezident cənab Ərdoğandır” – Deputatbackend

Azərbaycanın gələcəyi üçün Türkiyədə prezident cənab Rəcəb Tayyib Ərdoğan seçilsə daha yaxşı olar. Ancaq bu o demək deyil ki, başqa namizəd seçilsə iki ölkə münasibətləri soyuqlaşa bilər.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Rüfət Quliyev açıqlayıb.

Millət vəkili bildirib ki, Türkiyə heç vaxt hərbi sahədə bu gün ki, kimi güclü olmayıb. Artıq Türkiyə dünyada ən keyfiyyətli silah istehsalı edən ölkəyə çevrilib.

“Cənab Rəcəb Tayyib Ərdoğanın mövqeyi çox güclüdür. Ərdoğan şəxsiyyəti Türkiyə üçün çox böyük işlər görüb. İstər daxildə, istərsə də xaricdə. Düşünürəm ki, Atatürkdən sonra Türkiyəni inkişaf etdirən prezident cənab Rəcəb Tayyib Ərdoğandır. Onun Azərbaycan xalqına, bütöv türk dünyasına dəstəyi gözəçarpandır. Əlbəttə burda başqa məsələlər də var. Türkiyə heç vaxt hərbi sahədə bu gün ki, kimi güclü olmayıb. Artıq Türkiyə dünyada ən keyfiyyətli silah istehsalı edən ölkəyə çevrilib. Bu da Türkiyə üçün böyük faktordur. Müsəlman dünyası üçün böyük faktordur”.

R.Quliyev hesab edir ki, Türkiyədə prezident seçkiləri demokratik formada keçiriləcək.

“Azərbaycanlı kimi demək istəyirəm ki, arxayınıq ki, arxamızda bizə dəstək ola bilən nəhəng, güclü dövlət və onun ordusu var. Hansısa formada müdaxiləyə haqqımız yoxdur. Ancaq düşünürəm ki, Türkiyə xalqı düzgün seçimi edəcək. Seçim Türkiyə xalqınındır. Seçkilərin demokratik, şəffaf şəkildə həyata keçirilməsini hesab edirəm. İnanıram ki, qələbə Türkiyə xalqının seçimi əsasında müəyyən olunacaq”,- deyə qeyd edib.

Fərahim Rəhimov