ABŞ-ın İllinoys ştatında hüquq-mühafizə orqanları ilə münaqişədən sonra şübhəli Romeo Nens 9 nəfəri güllələyib. 9 nəfərdən 8-i dünyasını dəyişib
Romeo Nans 2 gündə 9 nəfəri güllələyəndən sonra tutulmayıb. O, terroru törətdiyi yerdən kilometrlər aralıda Texas ştatında hüquq-mühafizə orqanları ilə qarşılaşarkən silahı özünə tərəf çevirərək intihar edib.
Silahlı hücumun səbəbi açıqlanmasa da, zərərçəkənlərlə şübhəlinin bir-birini tanıdığı vurğulanıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə: TGRT
Aynur Camal