“Atlas” tibb mərkəzi cərimə olundubackend

“Atlas Medical Center” MMC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hazırda iddia hakim Vüsal Qurbanovun sədliyi ilə araşdırılır.

Məhkəmənin növbəti iclası iyulun 14-nə təyin edilib.