Ukraynanın “Zerkalo Nedeli” nəşri öz Telegram kanalında bildirib ki, Poltava vilayətinin Mirqorod şəhərində gecə ərzində iki dəfə güclü partlayış baş verib.
“Yeni Gundem” xəbər verir ki, bu güclü partlayış barədə Rusiya yerli ictimai kanallar məlumat verib.
Məlumata görə, Rusiya hərbçiləri iki aerodromda Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiya silahlarının anbarlarını vurub. Düşmənin anbarları Poltava vilayətindəki “Mirqorod” və Dnepropetrovsk vilayətindəki “Dnepr” aerodromlarında yerləşirdi.
Həmçinin qeyd olunub ki, öncədən bölgədə hava hücumu xəbərdarlığı elan edilmişdi.
Mənbə: mail.ru
Aynur Camal