Avropa Birliyi dağıdıldıbackend

Avropa İttifaqından çıxmaq istəyən fransızlar meydanlara çıxıblar. Frexit şüarları səsləndirən nümayişçilər onların da NATO-dan çıxması lazım olduğunu müdafiə ediblər.

“Yeni Gundem” xəbər verir ki, Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra başqa ölkələrdə də nümayişlər başlayıb.

Aİ daxilində yeni ayrılma ilə bağlı müzakirələr getdikcə artır. Fransada AB-nin koronavirus epidemiyası zamanı qeyri-adekvat və disfunksiyalı qalması ilə bağlı tənqidlər səsləndirilib.

Fransa hökumətinin blokdan çıxması çağırışları yenidən alovlansa da, paytaxt Paris nümayişlərə şahidlik edib.

Yüzlərlə Fransa vətəndaşı əllərində Fransa bayraqları ilə küçələrə çıxaraq ölkələrinin Aİ-dən çıxması mənasını verən “Frexit” şüarları ilə yürüş ediblər.

Meydana toplaşan kütlənin qarşısında səhnəyə çıxanlar əllərində tutduqları Avropa İttifaqının bayrağını cırıblar.

Daha sonra onlar “azadlıq” kimi şüarlar səsləndirərək Fransa bayrağını dalğalandırmağa başlayıblar. Onlar həmçinin NATO-dan bir ölkə kimi çıxmalı olduqlarını müdafiə ediblər.

Nümayişlərə rəhbərlik edən fransız siyasətçi Florian Filippot sosial şəbəkədəki paylaşımında aşağıdakı ifadələrdən istifadə edib: Bu gün vətənpərvərlərin çağırışı ilə Paris küçələrində bir çox insan Frexit və NATO-dan çıxmağı tələb etdi! Əla! Azadlıq, suverenlik! (Emmanuel) Makrons, Ursulas (von der Leyen) kənarda!

ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalı isə “Frexit gəlir” başlıqlı təhlilində Fransanın AB üzvlüyünün ləğvi çağırışlarına işarə edərək bunları yazıb: İngiltərənin getməsi bir dövrün sonu demək idi. Fransanın çıxması Aİ-nin sonu olacaq. Brexitdən sonra AB-nin qarşılaşacağı böhran Frexit olacaq.

Fransa prezidenti Emmanuel Makron Aİ daxilində islahatlara ehtiyac olduğunu müdafiə edir.

Makron bunun baş vermədiyi təqdirdə “Əks halda qısa zamanda Frexit ehtimalı ortaya çıxacaq” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal