Avropa Komissiyasının sədri Britaniyaya səfər edibbackend

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Böyük Britaniyada səfərdədir.

“Yeni Gundem” xəbər verir ki,o Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə Vindzorda Şimali İrlandiya Protokolunun həyata keçirilməsi ilə bağlı danışıqlar aparır .

Mətbuatın yazdığına görə, görüşün sonunda liderlərin yeni saziş imzalayacağı gözlənilir.

Bundan əlavə, Britaniya mətbuatının yazdığı kimi, Ursula fon der Leyen Böyük Britaniya kralı III Çarlz ilə də Vindzorda görüşəcək.

Fərahim Rəhimov