Avropa Parlamenti (AP) Ukrayna hakimiyyətinin, o cümlədən Vladimir Zelenskinin tələbi ilə Kiyevdə ofis açmağa razılaşıb.
Bu barədə “Yeni Gundem” Euractiv portalı Avropa Parlamentinin sənədinə istinadən xəbər verir.
Mətndə qeyd olunub ki, Kiyevdə nümayəndəliyin açılması “yalnız Ukraynada deyil, həm də Şərq Tərəfdaşlığı ölkələrində mövcud problemlər və proseslər barədə AP komitələrinin müntəzəm məlumatlandırılmasını” təmin edəcək. Həmçinin vurğulanır ki, bu qərar Ukrayna Ali Radası ilə münasibətləri və onun Avropa Parlamentinin “müvafiq komitələri” ilə əlaqəni asanlaşdırmaq məqsədi daşıyır.
Ofisin açılması bu ilin martında Zelenski və apreldə Radanın spikeri Ruslan Stefançuk tərəfindən təşəbbüsü həyata keçirməyi xahiş etdiyi Avropa Parlamentinin sədri Roberta Metsolanın mövqeyi sayəsində mümkün olub. AP-nin Avropa İttifaqı (Aİ) ölkələrindən kənardakı nümayəndəliklərinin olması nadir təcrübədir. Onlar Nyu-York, Əddis-Əbəbə və Cakarta kimi şəhərlərdə açıqdır.
Bundan əvvəl Avropa Parlamenti Ukraynanın Aİ kvotalarından birini 22 dəfə aşmasına diqqət çəkib. Xüsusilə, Ukraynadan şəkər tədarükü Aİ-nin ayırdığı kvotanı 22 dəfə üstələyir, Avropa Parlamentinin Almaniyadan olan üzvü Peter Jahr bildirib. Yar Avropa Komissiyasına müraciətində belə bir həddən artıqlığın Aİ-nin daxili bazarını təhdid edə biləcəyini qeyd edib.
Mənbə: Lenta.Ru
Aynur Camal