Güclü qar Almaniyada həyata mənfi təsir edib. Münhendə uçuşlar ləğv edilib, qatar, avtobus və metro reysləri dayandırılıb.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İngiltərədə pis hava şəraiti səbəbindən sürücülər 19 saat yolda qalıb.
ALMANİYA-nın müxtəlif bölgələrində yağan güclü qar səbəbindən nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Xüsusilə ölkənin cənubunda və Baden-Vürtemberq əyalətinin bəzi yerlərində ciddi neqativlər yaşanıb.
Meteorologiya, temperaturun mənfi 15 dərəcəyə endiyi Münhenə isə gecə ərzində 44 santimetr qar yağdığını açıqlayıb. Güclü qar yağması və uçuş-enmə zolağının buz bağlaması səbəbindən 320 reys təxirə salınıb. Həftə sonu Münhen və ətraf ərazilərdə qatar, tramvay, avtobus və metro xidmətləri tamamilə dayandırılıb. Çoxlu yol-nəqliyyat hadisələri baş versə də, şəhərin mərkəzində olduğu kimi magistral yollarda da növbələr yaranıb. Yol-nəqliyyat hadisələri ilə əlaqədar bəzi ərazilərdə magistral yollarda 25 km uzunluğunda növbələr yaranıb. Güclü qar səbəbindən bəzi ərazilərdə elektrik enerjisi kəsilib. Qatarlar ağac budaqlarının qırılması səbəbindən elektrik naqillərində yaranan nasazlıqlar səbəbindən yolda qalıb, sərnişinlər də vaqonlarda gecələməyə olublar.
Bu səbəbdən həmçinin Şənbə Günü günortadan sonra keçirilməsi gözlənilən “Bavariya” – “Union Berlin” matçı da ləğv edilib.
Səlahiyyətlilər güclü qar yaxşı olan yerlərdə əhalini zərurət olmadıqca evlərində qalmağa çağırıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal