“Aİ-nin növbəti strateji gündəmini hazırlayarkən özümüzə dəqiq bir hədəf qoymalıyıq. Hesab edirəm ki, biz 2030-cu ilə qədər hər iki tərəfdən genişlənməyə hazır olmalıyıq. Bilirəm ki, bu, iddialıdır, amma lazımdır, bu, bizim ciddi olduğumuzu göstərir”.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri Avropa Şurasının prezidenti Çarlz Mişel deyib.
Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxış edən Mişel yeni üzvlərin birliyə qoşulmasına toxunaraq, “Fürsət pəncərəsi açıqdır. Biz bununla bağlı tədbir görməliyik və buna görə də Aİ liderləri Avropa Şurasının növbəti iclaslarımızda genişlənməni müzakirə edəcəklər. Biz Ukrayna və Moldova ilə açıq danışıqlarda mövqe tutacağıq və mən Bosniya və Herseqovina və Gürcüstanın yenidən masaya gəlməsini gözləyirəm” kimi açıqlamalar verib.
Serbiya və Kosovo kimi ölkələrin adlarını çəkmədən, “Biz keçmiş mübahisələrin Aİ-yə keçməməsinə əmin olmalıyıq” deyən Mişel, digər ölkələrin və ya qonşuların iştirakının Aİ-yə daxil olan ölkələr tərəfindən maneə törədilməməsi lazım olduğunu vurğuladı.
Mənbə: İLKHA
Aynur Camal