Avropa Statistika İdarəsi (Eurostat) Avro Zonası üzrə yanvar ayı üzrə ilkin inflyasiya məlumatlarını dərc edib. Buna görə Avro Bölgəsində TÜFE, gözləntilərə uyğun olaraq yanvar ayında illik bazda yüzdə 2,8 olaraq qeyd edilib. Ötən ilin dekabr ayında Avro Bölgəsində CPI yüzdə 2,9 olaraq ölçülüb.
Bölgədə baza inflyasiya yanvar ayında yüzdə 3,3-ə geriləyib. Dekabr ayında bölgədə baza inflyasiya yüzdə 3,4 olaraq təyin olunub.
Yanvarda ərzaq məhsullarının, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində 5,7 faiz artım olub. Əvvəlki ayda bu məhsullarda inflyasiya yüzdə 6,1 olaraq ölçülüb.
Avrozonada yanvar ayında inflyasiya xidmət sektorunda 4 faiz, enerjidən başqa məhsullarda isə 2 faiz təşkil edib.
Mənbə: Ntv.Tr
Aynur Camal