Avstraliya senatorları Senatı tərk etdilərbackend

Avstraliyada bir qrup senator hökumət İsrailin Qəzzaya hücumlarını pisləmədiyi üçün Senatın iclasını tərk edib.

“Yeni Gundem” xəbər verir ki, Fələstinliləri simvolizə edən Yaşıllar Partiyasının sədr müavini Mehrin Faruqi koalisiya ortağı İşçi Partiyasının İsrailə dəstək bəyanatlarına reaksiya verib.

İşçi Partiyasından olan senatorlar israrla İsrailin Qəzzaya hücumlarını pisləməkdə uğursuzluğa düçar olduqdan sonra Faruqi deyib: “Koalisiya Fələstinə gəldikdə mənəvi cəhətdən iflasa uğrayıb. Siz İsrailin minlərlə fələstinlini qətlə yetirməsinə baxırsınız və İsraili qınamırsınız. Siz dərhal atəşkəs çağırmaqdan imtina edirsiniz. Biz bunu etməyəcəyik. Burada oturub və heç nə etmədiyinizə baxın. Tarazlıq müharibə cinayətlərini dayandırmayacaq.”

Faruqi çıxışının sonunda yumruğunu qaldıraraq “Azad Fələstin” şüarını səsləndirib. Daha sonra Yaşıllar Partiyasından olan bir qrup senator sessiyanın keçirildiyi zalı tərk edib.

Mənbə: Avropa Agentliyi

Aynur Camal