Avtobus körpüdən uçdu: Çoxlu ölübackend

Malidə dəhşətli qəza!

Malidə körpüdən uçan avtobusda sürücünün sükanı itirməsi nəticəsində çoxlu insan ölüb. Malidə Burkina Fasoya gedən avtobus Baqo çayını keçərkən sürücüsünün sükan idarəetməsini itirməsi nəticəsində körpüdən aşıb. Maliyyə Nazirliyi qəza nəticəsində 31 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb.

Açıqlamada qəzanın yerli vaxtla saat 17:00 radələrində Baqo çayı üzərindəki körpüdə baş verdiyi, həyatını itirənlər arasında Mali və Qərbi Afrika ölkələrinin vətəndaşlarının olduğu bildirilib.

Malidə yolların pis olması səbəbindən tez-tez yol qəzaları baş verir. Fevralın əvvəlində paytaxt Bamakoya gedən avtobusun yük maşını ilə toqquşması nəticəsində 15 nəfər ölüb, 46 nəfər yaralanıb.

Mənbə: TGRT

Aynur Camal