Avtomobil nəhəngi maliyyə yardımı etdibackend

Almaniyanın avtomobil nəhəngi Mercedes həm Qəzzada, həm də İsraildə mülki əhalinin ehtiyaclarını qarşılamaq üçün maliyyə yardımı edib.

“Yeni Gundem” xəbər verir ki, şirkət İsraildəki Birləşmiş Hatzalah və Alman Qırmızı Xaç adlı təşkilatlara cəmi 1 milyon avro göndərib.

Mövzu ilə bağlı LinkedIn-də açıqlama verən Mercedes-Benz-in CEO-su Ola Kaellenius, “İsrailə qarşı terror hücumlarından sonra dünyada yayımlanan xəbərlər və görüntülər məni dərindən sarsıtdı. Yaxın Şərqdə sülhə mümkün təsirlərdən son dərəcə narahatam” deyib.

“Bölgədəki həmkarlarım, uzun müddətdir ki, mənim çoxdankı tanışlarım, yaxşı dostlarım var və zorakılığa məruz qalan hər kəsə dərin hüznlə başsağlığı verir, yaxınlarının itkisinə kədərlənirəm.

Düşüncələrim də çoxlu yaralananlar, qaçırılanlar və onların ailələri ilədir. Son günlər müxtəlif qurum və təşkilatlarla əlaqə saxladıq, çünki biz də sahədəki əziyyətlərin müəyyən qədər də olsa aradan qaldırılmasına töhfə vermək istəyirik”.

Mercedes-Benz xilasedici maşınların alınması üçün United Hatzalah xeyriyyə təşkilatlarına, həmçinin qardaş təşkilatlarla regionda humanitar yardımı koordinasiya edən Almaniya Qırmızı Xaç Cəmiyyətinə ümumilikdə bir milyon avro bağışlayır.

“Əlbəttə ki, biz Təl-Əvivdəki Ar-Ge obyektimizdə komanda ilə daimi əlaqə saxlayırıq və onların təhlükəsizliyi bizim əsas prioritetimizdir.”

Mənbə: TGRT

Aynur Camal