Ax-3 komandası Dragon kapsuluna yerləşdibackend

Türkiyənin ilk kosmik səyahətçisi Alper Gezeravcının da olduğu Ax-3 komandası onları Beynəlxalq Kosmik Stansiyaya (BKS) daşıyacaq SpaceX-in Dragon kapsuluna minib.

SpaceX, Gezeravcı da daxil olmaqla Ax-3 komandasının kosmos səyahətini edəcəkləri kapsula çatdığı anları sosial media hesabında paylaşıb.

SpaceX-in Türkiyənin İlk İnsanlı Kosmos Missiyası ilə bağlı verdiyi açıqlamada, “Ekipajın oturacaqları uçuş mövqeyinə köçürüldü, paltar sızıntısı yoxlanıldı və əlaqə nəzarəti tamamlandı” deyib.

Yazıda xüsusi astronavt kostyumlarında buraxılış sahəsinə gəldikləri görülən Ax-3 heyətinin, SpaceX-in İSS-ə gedəcəkləri Falcon 9 raketinin yanında həyəcanlı olduqları müşahidə edilib.

Daha sonra komandanın Falcon 9 raketinin kosmosa daşıyacağı Dragon kapsuluna girişi ekrana əks olunub və kapsula yerləşərək son yoxlamalar apardıqları barədə məlumatlar SpaceX-in X-də canlı yayımında paylaşılıb.

Türkiyənin ilk kosmos sərnişini Gezeravcının da olduğu SpaceX kosmik gəmisinin ABŞ yerli vaxtla 16.49-da NASA-nın Floridadakı Kennedy Kosmik Mərkəzindən buraxılması planlaşdırılır.

Mənbə: TrtHaber

Aynur Camal