Bakıda martın 17-da 26 cinayətin üstü açılıb.
“Yeni Gündəm”in Bakı şəhər BPİ-yə istinadən verdiyi xəbərə görə, onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.