Bu, yuxu deyil, reallıqdır.Alimlər bildirirlər ki, astronavtlar günəş işığından istifadə edərək Ay torpağını asfalt yollara çevirə bilərlər. Təcrübələr Yerdə aparılsa da, tədqiqatçılar eyni metodun Ayda da edilə biləcəyinə inanırlar.
“Yeni Gundem” xəbər verir ki, NASA, Artemida missiyasının bir hissəsi olaraq 2025-ci ilə qədər Aya, daha sonra Marsa astronavt göndərməyi planlaşdırır.
Ayda daimi bir insan varlığını istəyiriksə, tozlu Ay səthi ilə məşğul olmalıyıq. Çünki Ay tozu oradakı bütün avadanlıqları zədələyə bilər.
Buna görə də, Ayda magistral yolların və eniş zolaqlarının yaradılması imkanlarına dair yeni tədqiqatlar potensial olaraq oyunu dəyişdirir.
Yerdəki elm adamları günəş işığından istifadə edərək Ay torpağını asfalt yollara bənzər daha möhkəm bir maddəyə çevirmək üçün bir yol tapdıqlarına inanırlar.
Tikinti materiallarının Yerdən Aya daşınmasının çox və çox baha başa gəlməsi, Ayda torpaqdan asfalt istehsalı ideyasına səbəb olub.
Belə bir texnoloji sıçrayış həyati əhəmiyyət kəsb edir. Çünki Ay tozu Aydakı alətlər üçün hər cür problemə, xüsusən də alətlərin tıxanmasına və zədələnməsinə səbəb ola bilər.
Nəzəriyyələrini yoxlamaq üçün Almaniyanın Aalen Universitetinin tədqiqatçıları Avropa Kosmik Agentliyi tərəfindən hazırlanmış Ay torpağına bənzər maddə üzərində təcrübələr aparıblar.
Ay tozunun günəş radiasiyası ilə bərk, laylı bir maddəyə necə mayeləşdirilməsini simulyasiya etmək üçün komanda karbon qazı lazerini götürü və torpaq əvəzedicisini əridib.
Amma prosesi təkmilləşdirmək üçün hələ çox iş görülməlidir. Əlaqədar XəbərlərAlimlərin dediyinə görə, onların Aydakı prosesini təkrarlamaq üçün Yerdən 25 kvadratmetrlik obyektiv daşınmalı və daha sonra günəş işığını Ayın torpağını əritmək üçün müəyyən bir əraziyə yönəltmək üçün istifadə edilə bilər.
NASA gələn il yeni Artemis proqramının ikinci missiyasına start verəcək. Artemida 2 adlı missiyada Kristina Kox, Viktor Qlover, Reid Wiseman və kanadalı astronavt Ceremi Hansendən ibarət dörd nəfərlik komanda Ay ətrafında 10 günlük səyahətə çıxacaq.
Missiya, NASA-nın Artemida 3-ün bir hissəsi olaraq 2025-ci ilə qədər insanları Ay səthinə qaytarmaq planı üçün istiləşmə missiyası olacaq.
Mənbə: TGRT
Aynur Camal