“Yeni Gundem” xəbər verir ki, məşhur müğənni bir neçə gün bundan əvvəl sosial şəbəkədə tənqidi status paylaşdığını, daha sonra agentliyin əməkdaşının onunla əlaqə saxladığını bildirib.
Statusunu silən Haşımova fesybukda yenidən post yazaraq mətbuat xidməti Mais Ağayevin “3 D” proqramındakı açıqlamasının yalan olduğunu vurğulayıb:
“O gün BNA (Bakı Nəqliyyat Agentliyi) haqqında yazdığım statusun paylaşımından dərhal sonra Mayis bəy (agentliyin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev) zəng edib məsələ ilə maraqlandı. Orada yazılan rəylər Mayis bəyi narahat etdiyi və məsələ ilə maraqlanacaqlarına inandığım üçün statusumu pozdum.
Sırf siz sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün yazdığımı pozdum. İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, İctimai Televiziyada deyirsiniz ki, Aybəniz xanım yazmış olduğu statusunu yanıldıqdan sonra pozub.
“Bravo” marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və siz də dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər.
O ki qaldı nümunə olmağa – siz deyəsən məni indiyənədək heç tanımamısınız… Ödəniş aparatı qoyulub marketlərin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin”.
Qeyd edək ki, M. Ağayevin sözügedən açıqlamasına 14-ci dəqiqədən sonra baxa bilərsiz.