Qəribə daşlar atipik əks etdirmə qabiliyyəti ilə alimləri təəccübləndirib.
Bir qrup alman alimi Yerin peykində işığı qəribə əks etdirən bir neçə daş tapıb. Onlar artıq bir xüsusiyyəti ilə məşhur olan ərazidə yerləşirlər – Rainer Gamma ay burulğanı, ScienceAlert yazıb.
Bu anormal quruluş, əvvəllər gördüyü tozla örtülmüş daşlardan tamamilə fərqli şəkildə işığı əks etdirib.
Əvvəlcə Almaniyanın Münster Universitetindən planetşünas Ottaviano Ruesch Ay burulğanını tədqiq edib. Belə strukturların Ay qabığındakı maqnit anomaliyaları ilə mikrometeorit və ya kometa zərbələri ilə qaldırılan elektrik yüklü kiçik toz hissəciklərinin qarşılıqlı təsiri nəticəsində əmələ gəldiyi güman edilir. Alim Ayın səthinin şəkillərini araşdıraraq bunu sübut etmək istəyib.
“Onların digər daşlardan fərqliliyi onları örtən nazik toz təbəqəsi ilə bağlıdır. Çox güman ki, onun unikal sıxlığı, ölçüsü və ya strukturu var. Onun xüsusiyyətləri hələ də tam bəlli deyil” deyə vurğulayıblar.
Mənbə: mail.ru
Aynur Camal