Ayda videomüşahidə sistemi quraşdırıldıbackend

Çin Ayda videomüşahidə sistemi qurmağı planlaşdırır

Bu, təhlükəsizlik baxımından ediləcək!

Çin Milli Kosmik İdarəsi (CNSA) və Ayın Tədqiqi və Kosmos Mühəndisliyi Mərkəzi Ayda Skynet izləmə sistemi qurmağı planlaşdırdıqlarını bildiriblər. Bu, ölkənin şəhərlərində Yer üzündə istifadə edilənə bənzəyir. Bu barədə South China Morning Post yazıb.

“Skynet” üz tanıma sistemi olan böyük Çin müşahidə sisteminin qeyri-rəsmi adıdır. Ölkədə 600 milyondan çox kamera quraşdırılıb ki, bu da hər iki nəfərə bir cihaz düşür.

Yeni Skynet gələcək Ay stansiyasının ətrafında quraşdırılacaq. Hər hansı “anomaliya” aşkar edilərsə, sistem “dərhal həyəcan siqnalları yaradacaq və müvafiq cavab tədbirlərinə başlayacaq”. Mütəxəssislər kameraların hansı anomaliyaları qeyd edə biləcəyini və hansı tədbirlərin görüləcəyini dəqiq demir.

Layihələndirilən sistem hər birinin çəkisi 100 qram olan kameralardan ibarət olacaq. Gələcək stansiyanın bəzi yerlərində təhlükəsizliyin təmin edilməsi üçün 360 dərəcədə gecə-gündüz müşahidə aparılacaq.

Kompakt ölçülərinə baxmayaraq, Ay kameralarının avtomatik olaraq bir-birinə qoşulması və həm uzaqdan, həm də geniş bucaqlı görüntüləri çəkmək də daxil olmaqla, müxtəlif vəzifələri yerinə yetirməsi gözlənilir. Onlar həmçinin Yerlə əlaqənin kəsilməsi halında özlərini tənzimləyə və müstəqil işləyə biləcəklər.

Aysal Skynet kosmik gəmilərin gəlişi və gedişi kimi hadisələrin yüksək keyfiyyətdə canlı yayımını təmin edəcək ki, bu da mütəxəssislərin fikrincə, gələcək stansiyanın səmərəliliyini artıracaq. Layihənin müəllifləri bildiriblər ki, onların sistemi Çinin aparıcı kosmik dövlət kimi mövqeyini gücləndirəcək.

Mənbə: mail.ru

Aynur Camal