Ayıdan qaçmaq üçün öz qolunu kəsdibackend

Taylandda vəhşi təbiətin mühafizəsi mərkəzində çalışan könüllü, meyvə yedirərkən özünü ayının hücumundan qolunu kəsərək xilas edib.Taylandın Chiang Mai şəhərindəki vəhşi təbiəti mühafizə mərkəzində dünən baş verən hadisədə könüllü olaraq çalışan turist meyvə verdiyi vəhşi ayının hücumuna məruz qalıb.

Qəfəsdə ayı tərəfindən tutulan 32 yaşlı isveçli turist Stefan Klaudio Spekoqnanın sağ əlini ayı dişləyib. Hadisə şahidlərinin sözlərinə görə, qəfəsə meyvə qoymaq üçün qolunu dəmir barmaqlıqların arasından keçirən Spekoqyanı ayı qəfəsə doğru dartıb.

Kişinin hücumdan xilas olmaq üçün öz qolunu bıçaqla kəsdiyi öyrənilib. Hücumdan sonra xəstəxanaya yerləşdirilən Specogna həyatının təhlükədə olmadığı öyrənilib və hadisə ilə bağlı araşdırma başlayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal