Ayın istismarı böyük zərər verə bilərbackend

Bir çox şirkətlər yaxın illərdə Aya getmək üçün rəqabət apardıqca, elm adamları Ayın ehtiyatsız istismarının geri dönməz zərər verə biləcəyindən narahatdırlar.

Beynəlxalq Astronomiya İttifaqı tərəfindən yaradılan və Qrin başçılıq etdiyi işçi qrupu bu ay BMT-də məsələ ilə bağlı iclas keçirməyi planlaşdırır.

Danışıqların məqsədi yerdənkənar resurslardan istifadə ilə bağlı qanunvericiliyin gücləndirilməsidir.

1967-ci il Kosmos Müqaviləsi ölkələrin səmada hər hansı bir torpaq üzərində ərazi hüquqları iddiasına mane olur, lakin sazişdə kosmik mədən və ehtiyatların istismarından bəhs edilmir.

Qrin, “Ayda milyardlarla il əvvəl əmələ gələn bir neçə dərin krater aşkar edilib. Bu kraterlərə heç vaxt günəş işığı toxunmayıb və buna görə də inanılmaz dərəcədə soyuqdurlar. Bu, onları elmi baxımdan çox qiymətli edir” deyib.

“Biz beynəlxalq müqavilələr vasitəsilə Ayın düşünülməmiş istismar nəticəsində məhv edilməməsini təmin etməliyik”.

ABŞ aliminin gündəmə gətirdiyi kraterlərdə daim soyudulması lazım olan infraqırmızı teleskopların tikilə biləcəyi və buradan uzaq ulduzların müşahidə oluna biləcəyi düşünülür.

Kraterlərdə buz halında su olması da mümkündür. Bu, onları Aya gedən şirkətlər üçün əvəzolunmaz edir.

Mövzuyla əlaqədar dərhal tədbir görülməsi lazım olduğunu müdafiə edən Qrin, “Burada problem, BMT müqavilələrində dəyişikliklərin edilməsinin çox uzun sürməsidir. Ona görə də hərəkətə keçmək istəyiriksə, dərhal hərəkətə keçməli və beynəlxalq müqavilələrlə təminat verməliyik” deyib.

Mənbə: TrtHaber

Aynur Camal