Aynur Fərzəliyevaya yüksək vəzifə verildibackend

Şirvan Şəhər İcra Şakimiyyətində (İH) yeni təyinat olub.

“Yeni Gündəm”-in məlumatına görə, Şirvan şəhər icra başçısı İlqar Abbasovun müvafiq əmrinə əsasən Fərzəliyeva Aynur İmamverdi qızı şəhər İcra Hakimiyyəti başçısının müavini – İH-in ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Buna qədər bu vəzifədə Ağayeva Elmira Soltanəli qızı çalışıb. O, 2020-ci il dekabrın 11-də 62 yaşında vəfat edib.

Qeyd edək ki, A.Fərzəliyeva bundan əvvəl Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində işləyib.

Report