Ayrıseçkiliyə görə qaçan əsgər həbs edildibackend

KXDR-ə qaçan və daha sonra ABŞ-a qayıdan amerikalı əsgər Trevis Kinq 8 maddə ilə ittiham olunub. Bu barədə Reuters xəbər verir.

Digər şeylər arasında, hərbçi fərarilikdə, əsgər yoldaşlarına hücum etməkdə və uşaq pornoqrafiyasının istehsalına sövq etməkdə ittiham olunub.

Məlumata görə, sentyabrın 27-də əvvəllər Şimali Koreya ərazisinə keçən Kinq ABŞ-ın Çindəki nümayəndələrinə təhvil verilib.

Daha öncələr hərbçi Şimali Koreya ərazisinə qanunsuz daxil olma faktını etiraf etmişdi.

Xatırladaq ki, Amerikalı hərbçinin Cənubi Koreyadan KXDR-ə qaçması ilk dəfə iyul ayında məlum olub. İki ay ərzində Kinq ABŞ-dakı qəddar rəftar və irqçilik səbəbindən KXDR-dən sığınacaq istəməyi bacarıb. O, “qeyri-bərabər Amerika cəmiyyətindən məyus olduğunu qeyd edib.

Mənbə: Lenta.Ru

Aynur Camal