İsrailin Ədliyyə Nazirliyi oktyabrın 7-də islamçı Həmas qruplaşması ilə münaqişənin qızışmasından sonra Qəzza zolağında saxlanılan girovların qaytarılmasına dair razılaşma çərçivəsində azad ediləcək fələstinli məhbusların siyahısını dərc edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hökumətin qərarına əsasən, azadlığa buraxılacaq məhbusların siyahısı tərtib edilib. Məlumat dərc edildiyi anda düzgündür və hüquq-mühafizə orqanları tərəfindən təqdim olunub”, – deyə idarənin məlumatında bildirilir.
“The Times of Israel” həmçinin qeyd edib ki, dərc olunmuş siyahıdan 300 nəfərdən demək olar ki, 290-ı 18 yaşdan kiçikdir. Onların əksəriyyəti İordan çayının qərb sahilində və ya Şərqi Qüdsdə iğtişaşlarda iştirak etməkdə təqsirli bilinib.
HƏMAS daha əvvəl azı 50 girovu azad etmək üçün razılığa gəlib. Qeyd olunur ki, girovların müqabilində İsrail 3-5 günlük döyüş əməliyyatlarının dayandırılmasına, həmçinin Qəzzaya humanitar yardımın artırılmasına və İsrail həbsxanalarında saxlanılan qeyri-müəyyən sayda fələstinli qadın və uşaqların azad edilməsinə razılıq verəcək.
Mənbə: Lenta.Ru
Aynur Camal