Azay Quliyevin 8-ci dairədə zərrə qədər nüfuzu yoxdur – Deputatlığa namizədbackend

“Azay Quliyev Əli Həsənovun Azərbaycan parlamentində sonuncu nümayəndəsidir. O qədər yaxın olublar ki, Azay Quliyevin rəhbərlik etdiyi QHT Şurası illərlə Əli Həsənovun ailəsinə məxsus ofisdə (Fikrət Əmirov küc. 1) yerləşib və ona milyonlarla pul ödəyib”. “Yeni Gundem” xəbər verir ki, 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi Mustafa Hacıbəyli rəqibi Azay Quliyev haqda belə deyib. Onun sözlərinə görə, 8 saylı dairədə Azay Quliyevin zərrə qədər nüfuzu yoxdur: ” İmza toplayarkən seçicilər mənə “Əvvəlki deputatın bir dəfə də üzünü görmədik, siz də beləmi olacaqsız” – deyə, sual verirdilər. Əgər hakimiyyət total saxtalaşdırmaya getməsə, sentyabrın 1-də Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək”.