“Azərbayacanın elə bir məkanı, bölgəsi yoxdur ki, Cənab prezidentin diqqətindən kənarda qalsın” – Deputatbackend

Vətən müharibəsindəki qələbəmizdən sonra Cənab prezident dəfələrlə Qarabağ və Şərqi Zəngəzurda səfərlərdə olub. Birinci xanım Mehriban Əliyeva da cənab prezidenti müşayət edib. Bu ərazilərdə bir sıra layihələrin təməli qoyulub.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Vüqar İskəndərov açıqlayıb.

O, bildirib ki, görülən böyük işlər postmüharibə dövründə Azərbaycanın iqtisadi gücünü göstərir.

“İşğaldan sonra Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanlarının fəaliyyətə başlanmasını bu xüsusda qeyd edə bilərik. Görülən böyük işlər postmüharibə dövründə Azərbaycanın iqtisadi gücünü göstərir. Cənab prezidentin Ağdama səfəri də bu qəbildəndir. Böyük layihələrin təməlinin qoyulması, tiktini işləri ilə tanışlıq, şəhərin inzibati binasının təməlinin qoyulması və vacib tapşırıqların verilməsi Ağdamın ölkəmizin ən gözəl şəhərlərdən birinə çevirilməsi üçün önəmli addım sayılmalıdır”.

Millət vəkili V. İskəndərov vurğulayıb ki, Ağdamın bərpası üçün lazımi olan bütün işlər yüksək səviyyədə görülür.

“Cənab prezidentin Ağdam səfəri digər məsələlərə də aydınlıq gətirir. Bu bir daha cənab prezidentin bölgələrə xüsusi diqqətinin göstəricisidir. Azərbayacanın elə bir məkanı, bölgəsi yoxdur ki, ora Cənab prezidentin diqqətindən kənarda qalsın. Ağdamın bərpası üçün lazımi olan bütün işlər yüksək səviyyədə görülür. İnanırıq ki, Ağdam şəhəri çox yaxın zamanlarda dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”,-deyə qeyd edib.

Fərahim Rəhimov