Azərbaycan Dövlət Rəqs Ansamblı Braziliyada keçirilən “Nueva Plata Beynəlxalq Folklor Festivalı”nın (FİDAF) qalibi seçilib.
Mədəniyyət Nazirliyindən “Yeni Gündəm” – ə verilən məlumata görə, üç gün davam edən onlayn yarışda müxtəlif kateqoriyalar üzrə 18 qrup iştirak edib.
Festivalda ikinci yeri Çin Xalq Respublikasının “Beijing Dance Academy”, üçüncü yeri isə Moldovanın “Baletul Na țional JOC” qrupları tutub.
“Ən yaxşı xoreoqrafiya” mükafatına Macarıstandan “Duna Art ansamblı” layiq görülüb. Münsiflər heyətinin qərarına əsasən ən yaxşı mahnını Moldovanın “Baletul Na țional JOC” qrupu səsləndirib.
Geyim kateqoriyası üzrə birinci yerdə filippinli “Leyte Kalipayan Dance Company” qərarlaşıb.
Münsiflər heyəti xüsusi mükafatı Meksikanın Quadalaxara Universitetinin “Folklor Balet qrupu”na təqdim edib.
Festivalın fəxri adına isə Slovakiyadan “Pulse-Poddukel bədii ansamblı” layiq görülüb.
Bu ilin yeniliyi olan “Atalar sözlərini qoruyanlar” mükafatı Fransanın Polinezya adalarından “Tamariki Poerani” və Madaqaskardan “Benja Gazy” qruplarına verilib.