Azərbaycan əhalisinə XƏBƏRDARLIQ EDİLDİ – Təhlükə ən yüksək səviyyəyə çatdıbackend
Bir neçə gün əvvəl Günəşdə qeydə alınan partlayışlar nəticəsində bazar günü Yerə gələn maqnit qasırğası daha da güclənərək yüksək hesab edilən G3 səviyyəsinə çatıb.
”Yeni Gundem” xəbər verir ki, bunu Rusiya Federasiyasının Tətbiqi Geofizika İnstitutu bildirib.

Bundan əlavə, Günəş partlayışları davam edir, onların intensivliyi maksimum mümkün X sinfinə yaxınlaşır. Geomaqnit aktivlik indeksi K 6,67-yə çatıb.

Yerin maqnit sahəsinin pozulma dərəcəsinin xüsusi şkalasına beş ardıcıl göstərici daxildir. Burada G1 zəif maqnit qasırğası, G5 səviyyəsində isə son dərəcə güclü maqnit qasırğası kimi təsnif edilir.

Mütəxəssislərin ilkin proqnozuna görə, avqustun 25-dən 27-dək olan müddətdə də güclü maqnit qasırğaları gözlənilir.

Avqustun 5-nə keçən gecə Rusiyanın müxtəlif regionlarında güclü maqnit qasırğası nəticəsində insanlar ən gözəl təbiət hadisələrindən birinin – şimal işıqlarının şahidi olublar.

Avqustun 4-də “Phobos” meteoroloji mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, bazar günü Yer kürəsini maqnit qasırğası “vurub” və həmin vaxt fırtına hələ də zəif olub.

Meteohəssas insanlara maqnit qasırğası zamanı işləməmək, evdə qalmaq və yüngül ev işləri görmək, tez yatmaq və yüngül yeməklər yemək tövsiyə olunur.