“Azərbaycan ermənilərə Kəlbəcərdə, Xocavənddə Alban kilsələrinə girişə icazə verməməlidir”backend

“Azərbaycan Qarabağda və Ermənistandan  ermənilərin  Kəlbəcərdəki “David Vəng” kilsəsinə gəlib ayin keçirməsinə icazə verir. Rusiya sülhməramlı qüvvələrinin Kəlbəcərdə  Azərbaycanın nəzarətində olan ərazidə postu götürülməlidir. Bu, ermənilərə xidmət edir. Sülhməramlı qüvvələrinin burada post qurması qanunsuzdur”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullazadə qeyd edib ki, hazırda ermeniləri Rusiya “sülhməramlı qüvvələri” müşayiət etməklə, birtərəfli olaraq öz missiyalarından kənar addımlar atır. Azərbaycan ümumiyyətlə Ermənistan vətəndaşlarına Kəlbəcərdə, Xocavənddə nəzarətimizdə olan Alban kilsələrinə girişinə icazə verməməlidir. Ermənistan və Qarabağdakı ermeniler Şuşadakı kilsəyə gəlmək üçün Rusiya sülhməramlı qüvvələrinə müraciət edib. Oradakı sülhməramlı komandanlıq Azərbaycan tərəfi ilə bu barədə  danışıqlar aparıb. Təbii ki, Azərbaycan Şuşadakı “Qazançı” kilsəsinə ermenilerin girişinə icazə verməyib. Ermənilər Kəlbəcər, Laçın və Şuşadakı kilsələrə səfərlər təşkil etməkdə məqsədi bu yerlerin “ermenilərə  aid olduğunu” və “Azərbaycan tərəfindən qəsb edildiyini” göstərməkdir. Onların əsas planı budur. Onda belə çıxır ki, Şəkidə, Gədəbəydə qədim Alban kilsələrinə ermənilərin səfərlərini “sülhməramlılar” təşkil etməlidir?! Ona görə də bir daha sülhməramli qüvvələrə ermənilərin bu kimi tələbləri ilə Azərbaycana müraciət etməməlidir tapşırığını verməlidir. Azərbaycan qəti bəyan etməlidir ki, Qarabağdakı qədim Alban kilsələrinin ermənilərə aidiyyatı yoxdur və onların gəlişinə icazə verilməyəcək. Kəlbəcər, Laçın və Xocavənddə nəzarətimizdə olan kilsələrə ermənilərin gəlişinə icazə versək,  bu, əleyhimizə işləyəcək. Bu, ermənilərin növbəti avantüriyasıdır və bunun dini ayinlə heç bir əlaqəsi yoxdur. Rusiya sülhməramlı qüvvələridə ermenilerin bu avantürist siyasətinə ortaqdır. Məhz prezident İlham Əliyev Xocavənddə Alban kilsəsinin üzərindən qondarma erməni hərflərinin silinməsini tələb etməsi, məhz ermənilərin bu məkrli planına qarşı sarsıdıcı zərbəsidir”.