Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsınbackend

Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın.

2020-cil 27 sentyabrdan 17 oktyabra qədər Azərbaycan ordusu Füzulini işğaldan azad etmək üçün var qüvvəsi ilə döyüşürdü.  İkinci Qarabağ müharibəsində əsgərlər hər cür çətinliyi göz ardı edir,30 illik həsrətin bitməsi üçün canlarını oda atmağa hazır idilər. Onlar bu müharibədə elə bir cəngavərlik salnaməsi yazdı ki,Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Füzuli əməliyyatı Azərbaycan ordusunu Şuşaya çatmasında İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Buna görə də Azərbaycan ordusu Füzulinin azad edilməsinə xüsusi diqqət göstərmişdir.

Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qarvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonun Böyük  və Nüzgar kəndləri işğaldan azad edilmişdir.

3 oktyabr tarixində Azərbaycan ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdrürəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir. 9 oktyabr tarixində Azərbaycan ordusu Xocavənd rayonunun Sor kəndi və Hadrud qəsəbəsini,Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər,

Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan tam azad edir.

14 oktyabr tarixində Azərbaycan ordusu irəliləməni davam etdirərək Füzuli rayonun Qaradağlı, Xatınbulaq, Qarakollu kəndini, növbəti gün ordu irəliləməsini davam etdirərək üç rayon ərazisindən Füzuli rayonunun şərq istiqamətdə bir neçə kəndi azad edir.

Nəhayət 16 okytabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Nəticədə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Çuvarlı  kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.

Bu müharibə nəticəsində düşmən xeyli itki verərərək geri çəkildi. Bu  qələbə Şuşaya gedən Zəfər yoluna işıq saçdı və uğurla da irəliləməsinə mənəvi güc verdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25167 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Mətanət Əliyeva Məmmədhüseyn qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti