Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə bölümündə Hilal Baydarovun ssenari müəllifi və rejissoru olduğu “Durna Çırağı” bədii filminin dünya premyerası təqdim olunacaq.
“Yeni Gündəm” xəbər verir ki, Azərbaycan filmi festivalın əsas mükafatı olan “Tokyo Grand Prix” uğrunda müsabiqəyə qatılacaq.
Oktyabrın 30-dan noyabrın 8-dək davam edəcək 34-cü festivalın münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.
Məlumat üçün bildirək ki, “Durna Çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov kimi aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.
Ayşən Rəhim