Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən sıx əməkdaşlıq onilliklər ərzində təşəkkül tapmışdırbackend

Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 05 iyun 1992-ci ildə qurulmuşdur.Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1999-cu il dekabr ayında fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Bolqarıstanda Azərbaycan Səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır.

Azərbaycan  Respublikası  və Bolqarıstan  Respublikası  arasında  74  sənəd imzalanmışdır.

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən çox sıx əməkdaşlıq onilliklər ərzində təşəkkül tapmışdır. Qeyd edək ki, Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynamışdır. Ölkələrin əməkdaşlıq münasibətləri Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənmişdir.

Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamışlar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında, dostluq münasibətləri haqqında və digər saziş və müqavilələr imzalanmışdır. Bolqarıstan tərəfdən ilk dəfə Bolqarıstan Respublikasının Prezidenti Pyotr Stoyanov 2-3 dekabr tarixlərində Azərbaycana rəsmi səfər etmişdir.İki ölkə arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə yüksəlmişdir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir ki, onlardan biri də Bolqarıstandır. “Şahdəniz” yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur.

Hazırda siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə və uğurla inkişaf etməkdədir. Artıq yeddi ildir ki, bir-birini strateji tərəfdaş hesab edən ölkələrimiz arasında sıx əməkdaşlığın uğurlu nəticələri müşahidə olunmaqdadır. Bu il ticarət dövriyyəsi iki dəfədən çox artıb. Azərbaycan Bolqarıstan üçün qaz təchizatçısına çevrilib. Qaz təchizatının həcminin artırılması planlaşdırılır. Hər iki ölkə rəhbəri bu səfərin intensiv qaydada aparılan siyasi dialoqa töhfə verəcəyinə, o cümlədən həm enerji təhlükəsizliyi, həm də qarşılıqlı maraq doğuran bütün digər sahələrdə əməkdaşlığı daha da genişləndirəcəyinə və inkişaf etdirəcəyinə əminliyini ifadə edirlər.

_Prezident İlham Əliyev cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəri zamanı çıxışında bildirmişdir_

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizityüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır

 

İskəndərli Zəhra Şahmurad qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti