Azərbaycan “Junior Eurovision 2021” mahnı müsabiqəsində iştirak edəcək.
“Yeni Gündəm“ xəbər verir ki, ölkəmizi müsabiqədə Sona Əzizova təmsil edəcək.
Güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən “Səs Uşaqlar” mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşmışdı.
Hazırda mahnı seçimi işləri aparılır.
Avropa Yayım Birliyi (EBU) və Fransa Televiziyasının birgə təşkilatçılığı ilə ərsəyə gətiriləcək müsabiqə dekabrın 19-da Parisin Sequin adasındakı “La Siene Musicale” konsert salonunda keçiriləcək.
Şuarı “Imagine!” (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır.
Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.
Ayşən Rəhim