“Azərbaycan kifayət qədər vacib nöqtələrdə möhkəmlənib” – Deputatbackend

44 günlük Vətən müharibəsindəki qələbəmiz və qələbədən sonra bölgədə, qlobal vəziyyətdə ölkəmizin nüfuzunun artması , Azərbaycanın yaratdığı yeni reallıqlar bir çox düşmənlərimizi narahat etməyə başlayıb.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Azərbaycan Parlamentinin üzvü Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın ən son müharibədə həm diplomatik müstəvidə qələbələri Ermənistan və onun havalarını cürbəcür əməllərə əl atmağa vadar edib.

“Ermənistanın kapitulyasiya aktına imza atmasından 2 ildən çox vaxt keçməsinə baxmayaraq, hələdə ağalarının diqtəsi ilə Azərbaycanın beynəlxalq hüquqa söykənən təkliflərinə normal cavab verməyib.Delimitasiya komissiyalarının qeyri-işlək olması ,və s.Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan sülh gündəliyinə yanlız mane olmağa çalışır.Prossesləri uzatmağa çalışır”,-o vurğulayıb.

Milli Məclisin deputatı Vüqar İskəndərovun sözlərinə görə,Xankəndinə silah və minaların daşınması, orada istehkam və səngərlərin yaradılması növbəti dəfə Ermənistanın məğlubiyyətin başlanmasına səbəb ola bilər.

“Prezidentin köməkçisi Hikmət Hacıyev son müsahibəsində bu məsələlərə çox geniş toxunub.
Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prossesi bizim daxili işimizdir.Bununla bağlı Azərbaycan nümayəndə heyəti təyin edib.İlk görüş artıq baş tutub.Ermənistan və onun havadarlarının vasitəsi ilə təxribatlar törədildi.Bütün bunlar həmin təmasların,danışıqların pozulması, Qarabağ ermənilərindən Azərbaycan ilə danışıq aparmaq istəyənləri hədələmək,onları qorxutmağa gətirib çıxartdı.
Azərbaycan sülh gündəliyinin bərpası,bölgəyə sülhün gəlməsində israrlıdır.Hikmət Hacıyevin dediyi kimi, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü 1991-ci ilin Alma-Atı bəyannaməsi ilə tanıyıblar.Bu Ermənistan Baş Naziri tərəfindən iki dəfə Soçi və Praqada təsdiq olunub.Beynəlxalq hüququ sənəddir.
Azərbaycan bu gün sülh gündəliyinə sadiqliyini nümayiş etdirir.Bölgədə müharibənin deyil,sülhün davam etməsində maraqlı olduğunu bildirir.Ermənistandan bunun əksini görürük.Xankəndinə silah və minaların daşınması, orada istehkam və səngərlərin yaradılması növbəti dəfə Ermənistanın məğlubiyyətin başlanmasına çıxarda bilər.
Azərbaycan kifayət qədər vacib nöqtələrdə möhkəmlənib.Ermənistan təxribatlarının qarşısını qısa vaxt ərzində ala bilər.
Bu gün Azərbaycan bunları yox sülhü və əmin-amanlığı təbliğ edərək ,düşmənidə buna dəvət edir.İrəvan anlayacaqsa qazanacaq,əksi olsa məğlubiyyəti qaçılmaz olacaq”,- deyə o qeyd edib.

Fərahim Rəhimov